Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

08 May 09:03Manşet / Siyasət

Əmirbəyovdan “Zeit”ə açıqlama: “Ermənistan təcrid vəziyyətindən çıxa bilər”

 

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyanın “Zeit” nəşrinə müsahibə verib.

Oxu.Az bildirir ki, Elçin Əmirbəyov müsahibəsində noyabrda Bakıda keçiriləcək COP29 beynəlxalq təbdirindən və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından bəhs edib.

Xüsusi tapşırıqlar üzrə nümayəndə Azərbaycanda saxlanılmış 32 erməni hərbçinin müqabilində iki azərbaycanlı əsirin geri qaytarılmasına nail olunduğunu xatırladıb.

Əlavə olaraq qeyd edib ki, Ermənistanın COP-un Büro üzvü olması və bunun müqabilində Azərbaycanın iqlim konfransına ev sahibliyi etməsi barədə razılığa gəlinməsi etimad quruculuğu tədbirlərini, bunun necə edilə biləcəyini göstərir.

Bununla belə nəşr yazır ki, Ermənistan isə Azərbaycana təhlükəli qonşu kimi baxır.

“Bəs bu ziddiyyətli perspektivlər nə vaxtsa uzlaşa bilərmi” sualı ilə çıxış edən nəşrə Elçin Əmirbəyov cavab verib.

Azərbaycan rəsmisi hesab edir ki, Ermənistanın əsas narahatlıqları absurddur.


Elçin Əmirbəyov bildirib ki, Azərbaycan 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 10 Noyabr Üçtərəfli Bəyanatına əsasən, Zəngəzur ərazisindən avtomobil və dəmir yolu çəkməyi təklif edir.

“Ermənistan təcrid vəziyyətindən çıxa bilər. O, tranzit haqlarını toplaya və Türkiyə ilə münasibətlərini yaxşılaşdıra bilər”, - deyə əlavə edib.

Elçin Əmirbəyov nəşrin “bəs Ermənistan bu təklifi rədd edərsə?” sualına isə belə cavab verib:

“Biz də İrandan cənuba doğru avtomobil və dəmir yolu çəkə bilərik ki, bunun da uzunluğu cəmi 10 kilometr olar”.

Elçin Əmirbəyov bununla yanaşı, Zəngəzur dəhlizi ilə əlaqədar hərbi müdaxilə imkanları barədə iddialarla əlaqədar sualı da cavablandırıb:

“Biz bunu niyə etməliyik? Biz torpaqları qeyri-qanuni zəbt etməklə tarixin yanlış tərəfində dayanmış olarıq. Beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin bərpasından fərqli olaraq, dünya bunu qəbul etməz”, - deyə o əlavə edib.