Menu
Xəbər Lenti
Bakıda kafedə qan töküldü
16-05-2024, 08:47

Bakıda kafedə qan töküldü

09 May 09:44Manşet / Gündəm

Rusiya hərbçiləri Ermənistandakı bəzi məntəqələri tərk edəcəklər - YENİLƏNİB

 

Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş görüşdə Rusiya sərhədçilərinin Ermənistanın paytaxtı İrəvandakı “Zvartnots” hava limanını, eyni zamanda bu ölkənin Sünik, Vayots Dzor, Geğarkunik, Ararat, Tavuşdakı məntəqələri tərk etməsi razılaşdırılıb.

“Report”un məlumatına görə, Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar bitib:

“Daha əvvəl bildirildiyi kimi, Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında xidmət etməyəcəyi barədə razılıq əldə olunmuşdu. Bundan başqa, Rusiya sərhədçiləri/hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Sünik, Vayots Dzor, Geğarkunik, Ararat, Tavuşdakı məntəqələri tərk edəcəklər”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, aprelin 20-də Ermənistan lideri Nikol Paşinyan Rusiya sərhədçilərinin Tavuşdakı postları tərk edəcəklərini bildirmişdi. Eyni zamanda, bu bəyanatdan bir ay öncə hökumət başçısı Rusiya sərhədçilərinin bu ilin avqustunda sözügedən hava limanından çıxacaqlarını açıqlamışdı.

08.05.2024, 23:56

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar baş tutub.

Görüşdə ikitərəfli və regional münasibətlərin mühüm məsələləri müzakirə edilib.

Həmçinin, regionda təhlükəsizlik mövzusu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu, liderlərin cari ildəki ilk görüşü olub. Sonuncu dəfə Putin və Paşinyan 2023-cü ilin dekabrında görüşüblər.

Mənbə: TASS