Menu
Xəbər Lenti
Romada matəm elan edildi
5-11-2025, 05:43

Romada matəm elan edildi

15 istiqamətdə tıxac var
3-11-2025, 05:25

15 istiqamətdə tıxac var

17 May 09:30Manşet / Dünya

Kim Çen Inın bacısı Rusiya ilə silah müqavilələri barədə xəbərləri şərh etdi

 

Şimali Koreya lideri Kim Çen Inın Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini postunu tutan bacısı Kim Yo Çjon KXDR ilə Rusiya arasında silah sövdələşməsinə dair xəbərləri absurd adlandırıb.

“KXDR və Rusiya Federasiyası arasında qərəz və uydurmalarla dolu silah sövdələşmələrinin versiyası ən absurd fərziyyədir”, - deyə o bildirib.

Kim Yo Çjon bu mesajların qiymətləndirmə və şərhlərə belə layiq olmadığını vurğulayıb. O, Qərbin ittihamlarını onların Şimali Koreyanın hərbi güclənməsi ilə bağlı narahatlıqları ilə əlaqələndirib.


Mənbə: REN TV