Fransa ordusu Ukraynada faydalı ola biləcək yeni kəşfiyyat bölməsi hazırlayır.
Təlimlərin Estoniya ərazisində keçirildiyi məlum olub.
"Biz irəliləməyə, düşmən mövqelərinə yaxınlaşmağa və hətta yan keçməyə çalışacağıq. Daha sonra kəşfiyyatla bağlı iki qərar verəcəyik: pilotsuz təyyarə yerləşdirmək və ya köhnə üsuldan - gözlərimizdən istifadə etmək", - deyə kəşfiyyat bölməsinin üzvlərindən biri bildirib.
Hərbçinin fikrincə, təlim şəraiti Ukrayna ərazisində gedən döyüşlərə bənzəyir.
Kəşfiyyat bölməsinin əsgərləri kamuflyaj sayəsində saatlarla kolların arasında gizlənə bilirlər.
Jurnalistlər bu eksperimental bölməni "supergizli əsgərlər" adlandırıblar. Onlar düşmənin dayaq mövqelərini müəyyən etməyə, səngərlərə giriş nöqtələrini axtarmağa və hücum qruplarının hərəkətlərini koordinasiya etməyə qadirdirlər.
Mənbə: Oxu.az