Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

25 May 17:05Manşet / Cəmiyyət

9-cu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir? - DİN-dən açıqlama

9-cu-sinif-sagirdi-30-yasli-kisiye-ere-verilir

Masallı rayon Mahmudavar kənd ümumi orta məktəbin 9-cu sinif şagirdinin 30 yaşlı şəxslə evləndiriləcəyi haqda xəbərlər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yer alıb.

Həmin xəbərlərdə artıq yeniyetmənin toy tarixinin də müəyyənləşdirildiyi qeyd olunub.

Məlumata görə, azyaşlı qız imtahanlarda yüksək nəticə göstərib.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, məsələ artıq nəzarətə götürülüb.

16 yaşı tamam olan həmin yetkinlik yaşına çatmayan qız hazırda təhsilə davam edir və davamiyyəti nəzarət altındadır.

Qeyd olunub ki, nikah yaşına çatmamış toy və ya nişan mərasiminin keçirilməsinin yolverilməzliyi ilə bağlı yeniyetmənin valideynlərinə bir müddət əvvəl də xəbərdarlıq edilib.

Polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlərin görülməsi davam etdirilir.