Xəbər Lenti
Bugün, 11:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dün, 19:02
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
28-06-2026, 09:43
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
26-06-2026, 10:49
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
Anar Bağırov: Əsas problemlərdən biri də dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənişin aşağı olmasıdır
Hazırda əsas problemlərdən biri də dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənişin aşağı olmasıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, son dəfə bu artım Prezident İlham Əliyevin təşəbbüsü ilə 2018-ci ildə olub: “2018-ci ildən etibarən dövlət tərəfindən göstərilən hüquqi yardım hər saatına görə 6 manat təşkil edir. Məbləği müəyyən edən Nazirlər Kabinetidir. Vəkillik sahəsində 6 il ərzində bu məbləğ hələ də dəyişilməyib. Biz ümid edirik ki, yaxın günlərdə bu məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən səmərəli addımlar atılacaq”.



















































