Xəbər Lenti
20-08-2026, 18:01
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
Yeni mərkəzin tabeliyində hansı xəstəxanalar var?
Aprelin 6-sı TƏBİB-in Müşahidə Şurasının qərarı və TƏBİB-in əmri ilə yaradılan Respublika Pediatriya Mərkəzi 8 xəstəxanananın birləşməsi ilə fəaliyyət göstərir.
TƏBİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, Mərkəzin nəzdində Qarayev Uşaq Klinik Xəstəxanası, Uşaq Bərpa Mərkəzi, Nərimanov Uşaq Klinik Xəstəxanası, Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Yasamal Uşaq Klinik Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası, Sabunçu Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası var.
Qeyd edək ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Respublika Pediatriya Mərkəzinə Azər Əhmədov direktor təyin edilib.























































