Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Nizami rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhid ailələri və qazilərlə görüşüb, şəhid və qazi övladlarını 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.
Şəhid ailələri və qazilər onların övladlarına göstərilən hərtərəfli qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirdə uşaqlar üçün əyləncəli proqram təşkil olunub, sonda uşaqlara Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edilib.



























































