“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə
Paşinyan keşişlərə qarşı hərəkatı öz üzərinə götürdü: "Kilsə əxlaqsız qrup tərəfindən ələ keçirilib"
Füzuli Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə “troll”arından istifadə edir? FAKT/FOTO
Qobustanda 24 yaşlı gəlinini öldürməkdə şübhəli bilinən şəxs MÜƏLLİM İMİŞ - ŞOK TƏFƏRRÜAT
“Kontakt”la “Div Academy” çoxşaxəli təqaüd proqramı elan edir! - Qeydiyyat artıq başlayıb
Bir çox sosial layihələrə tərəfdaş olan “Kontakt” bu dəfə ölkənin seçilən tədris mərkəzi olan “DİV Academy” ilə birgə “Gələcəyi Yazanlar” təqaüd proqramına start verib!
Ölkədə innovasiyalar sektorunda ixtisaslaşmış kadrların hazırlanması məqsədi daşıyan bu proqramla tam 500 nəfər Azərbaycan vətəndaşı təqaüdlə təhsil ala biləcək. Müraciətçilər imtahan nəticələrinə uyğun olaraq 60% və ya 40%-li təhsil təqaüdü qazanacaq.
Əlavə olaraq isə, layihə çərçivəsində sosial baxımdan həssas əhali qruplarına xüsusi imtiyazlar da verilir. Belə ki, şəhid ailəsi üzvləri, ünvanlı sosial yardım alanlar, valideyni I qrup əlil olanlar, valideynini itirmiş 20 şəxs sözügedən proqramdan 100% təqaüdlə yararlana biləcək.
Bu proqramda iştirak hüququ qazanan hər kəs müvafiq sahənin peşəkar mütəxəssisləri ilə əlaqələr qurmaq və şəxsi bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər. Bu isə iş həyatında nailiyyət qazanmaq üçün əvəzolunmaz təcrübədir.
İyun ayının 15-dək qeydiyyatı davam edən bu proqramda müasir dövrün ən tələb olunan 4 sahəsi - Rəqəmsal Marketinq, Proqramlaşdırma, Data Science və IT Layihələri üzrə biliklər əhatə olunacaq.
Üstəlik, dərslərin əyani formada keçirilməsi tədrisin effektiv olacağını öncədən təxmin etməyə icazə verir.
“Kontakt" və "DİV Academy” bu birgə addımı ilə təhsil və karyera yolunda bir çox imkanlarını ayağınıza gətirir. vOdur ki, qeydiyyatdan keçməyə tələsin və indidən gələcəyinizin qayğısına qalın! Layihə haqqında daha ətraflı məlumat üçün bura keçid edə bilərsiniz.