“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Zərifə 700 bal yığdı
Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 2 iyun 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib.
Şəki şəhər 18 saylı orta məktəbin məzunu İlyasova Zərifə Elmaz qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplamışdı.
İmtahanda IV ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 397.0 bal toplayan V.Veysəlov adına Gəncə şəhər 30 saylı məktəbin məzunu Əhmədova Nəzrin Ramil qızı göstərib. O, imtahanın birinci mərhələsində 300.0 bal toplamışdı. Hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticə (697.0 bal) ona məxsusdur.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.