Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
KTMT Ermənistandan cavab gözləyir

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında bizim müttəfiqimiz olub və hələ də belədir. Bizim Ermənistan qarşısında bütün öhdəliklərimiz qalır”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqanbetov təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Ermənistanın KTMT-yə üzvlüyü məsələsi bu ölkənin suveren hüququdur.
Baş katib vurğulayıb ki, KTMT Ermənistanın təşkilatdakı statusunu rəsmən aydınlaşdıracağına ümid edir.
Qeyd edək ki, sözügedən təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası bu ilin noyabrında Astanada keçiriləcək.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 13-ü parlamentdə çıxışı zamanı ölkəsinin KTMT-dən çıxacağını açıqlamışdı. O, təşkilatı tənqid edərək fəaliyyətsizlikdə ittiham etmişdi.






















































