Sədr müavini: "Məhsul festivallarında qiymətləri dövlət tərəfindən tənzimləmək çətindir"
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatının Qurultayı keçirilib.
70 yaşlı sahibkara qarşı hədə-qorxu: Bakının mərkəzində “Kurtlar Vadisi” ssenarisi - MÜRACİƏT VİDEO
Bonn görüşlərində gərgin müzakirə: İki gündür gecikən gündəliyin təsdiqi necə reallaşdı?
İlham Əliyev Bakıda keçirilən beynəlxalq simpoziumun iştirakçılarına müraciət ünvanlayıb
Fərid Şəfiyev: "TDT-nin növbəti rəsmi Zirvə görüşü oktyabr ayında Bakıda keçiriləcək"
“McDonald’s Azərbaycan” yerli istehsal olan halal mal ətindən tam istifadəyə keçdiyini elan edib
Son anadək Polis andına sadiq qalıb vəzifələrini layiqincə yerinə yetirdilər-Könül Nəbizadə
1918-ci il iyulun 2-də müstəqil Azərbaycanın polis orqanları yaradılıb. Həmin tarixdən bu günə qədər şərəfli yol keçən asayiş keşikçiləri böyük uğurlar əldə edib. Azərbaycan Polisinin 106-cı ilinin qeyd edilməsinə sayılı günlər qalmış bu gün 24 iyun 2024-cü il tarixində Xəzər rayonu, Şüvəlan qəsəbəsindən üzücü xəbər aldıq.Belə ki-səni,məni,bizi,asayişimizi qoruyan,cinayətkarlıqla mübarizə aparan Daxili İşlər Nazirliyinin üç polis əməkdaşı,dəyərli Azərbaycan oğulları, polis kapitanı Eldəniz Məmmədov,polis serjantı Mahir Ağayev,polis serjantı Mirəli Heydərov cinayətkarlıqla mübarizə zamanı öz vəzifələrini qəhrəmancasına yerinə yetirdikləri zaman həlak olublar,Allah məkanlarını cənnət etsin.
Azərbaycan polisi bəşəri və dövlətçilik ənənələrinə sadiq qalaraq gücləndirilmiş iş rejimində sayqı və sadiqliklərini heç bir zaman itirmədilər. Hər zaman peşə fəaliyyətlərini layiqincə yerinə yetirib polis şərəfini hər şeydən üstün tuturlar. Bu hərəkətləri ilə Azərbaycan polisi öz dövlətinə sədaqətdə ən yaxşı nümunəsini görstərir.
Dərin hüzünlə anırıq
Nəbizadə Könül Faxrəddin qızı