Xəbər Lenti
Bugün, 12:47
Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Polis bayramda gücləndirilmiş iş rejimində işləyəcək
Polis və Daxili Qoşunların hərbi qulluqçuları Novruz bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov bildirib.
O qeyd edib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb:
"Əmrə əsasən, polis və Daxili Qoşunların hərbi qulluqçuları Novruz bayramı günlərində gücləndirilmiş iş rejimindəki xidmətini davam etdirəcək. Bildiyiniz kimi, polis və Daxili Qoşunların hərbi qulluqçuları pandemiya ilə əlaqədar olaraq, gücləndirilmiş iş rejimində xidmət aparır. Bayram günlərində də gücləndirilmiş iş rejimi davam etdiriləcək. Vətəndaşlarımız bayramını yüksək səviyyədə qeyd etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri gücləndiriləcək. Eyni zamanda, insanların sıx toplaşdığı yerlərdə də nəzarət gücləndiriləcək və nümunəvi xidmət təmin olunacaq".





















































