Xəbər Lenti
16-09-2024, 18:26
Botanika İnstitutu İsveçrə Federal Tədqiqatlar İnstitutu ilə mikologiya sahəsində elmi əlaqələri genişləndirir
16-09-2024, 17:51
“ŞAHMALI” QUM-ÇINQIL YATAĞINDAN GECƏLƏR QANUNSUZ İSTİFADƏ OLUNUR- Nazirin nəzərinə
16-09-2024, 10:16
“AzerGold” QSC tərəfindən icra edilən “Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi uğurla sona çatıb
Şahin Bağırov müşavirini Türkiyəyə gömrük attaşesi təyin edibmiş
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi (gömrük attaşesi) təyin edilib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə bu vəzifəyə polkovnik Əsgər Məmmədov təyin olunub.
Qeyd edək ki, Əsgər Məmmədov 2022-ci ildə Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi vəzifəsinə təyin olunub. Sonuncu vəzifəsi Gömrük Komitəsi sədrinin müşaviri olub.
Xatırladaq ki, ötən ilin dekabr ayında Şahin Bağırovun müvafiq əmri ilə polkovnik (gömrük attaşesi) Əliqulu Cəfərov Azərbaycanın Türkiyədəki səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi vəzifəsindən azad edilib.
Əhməd