“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
“Bank BTB” 2024-cü ilin ilk yarımilini müsbət nəticələrlə başa vurub
“Bank BTB” 2024-cü ilin ilk 6 ayı ərzində bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirərək əməliyyat gəlirlərində kəskin artıma nail olmuşdur.
2023-cü ilin ilk yarımili ilə müqayisədə bankın xalis faiz gəlirləri 12% artaraq 2024-cü ilin ilk yarımilinin sonuna 6 milyon manata, qeyri-faiz gəlirləri isə 17.2% artaraq 2.6 milyon manata yüksəlmişdir. Bankın xalis əməliyyat mənfəəti 2.6 dəfə artaraq 2.3 milyon manata çatmış, xalis mənfəəti isə 3 milyon manat təşkil etmişdir.
“Bank BTB”nin kredit portfeli son 12 ay ərzində 4% artaraq 285 milyon manata çatmışdır. İpoteka kreditləri üzrə aparıcı banklardan biri olan “Bank BTB” 2024-cü ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu xətti ilə 81 müştəriyə 7.5 milyon manat həcmində, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi xətti ilə 41 müştəriyə 2.4 milyon manat həcmində kreditlər rəsmiləşdirmişdir.
2024-cü ilin 2-ci rübünün sonuna Bankın məcmu kapitalı 52.1 milyon manat təşkil etmişdir, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 21.9% təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10%) əhəmiyyətli dərəcədə üstələyir. Cari il ərzində “Bank BTB” nizamnamə kapitalını yeni emissiya hesabına 5 milyon manat artırmışdır.
Bankın ani likvidlik əmsalı isə 94% təşkil edir (Mərkəzi Bankın minimum tələbi - 30%).
“Bank BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.