Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
“Sinir sistemi həftəsi”ndə 800-dən çox vətəndaşa tibbi xidmət göstərilib
“TƏBİB-in İxtisas gündəliyi” proqramı çərçivəsində 22 İyul - Ümumdünya Beyin Gününə həsr olunan sağlamlıq günləri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə 17-18 iyul 2024-cü il tarixlərində Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Şəki Ailə Sağlamlıq Mərkəzində “Sinir sistemi həftəsi” çərçivəsində vətəndaşlara paytaxtda yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər tərəfindən tibbi xidmətlər göstərilib.
Müayinələr sinir sistemi xəstəliklərinin risk faizinin yüksək olduğu bölgələrdən hesab olunan Şəki-Zaqatala tibbi ərazi bölməsinə daxil olan Şəki, Balakən, Zaqatala, Oğuz, Qax və Qəbələ rayonlarının vətəndaşları üçün təşkil edilib.
Tibbi heyət Yeni Klinika, Nizami Tibb Mərkəzi, Nərimanov Tibb Mərkəzi, Respublika Klinik Xəstəxanası, Respublika Pediatriya Mərkəzinin nəzdində olan Uşaq Nevroloji Xəstəxanasında fəaliyyət göstərən müxtəlif ixtisaslı həkim-mütəxəssislərdən ibarət olub.
Müayinələr sinir sistemi xəstəliklərinin risk faizinin yüksək olduğu bölgələrdən hesab olunan Şəki-Zaqatala tibbi ərazi bölməsinə daxil olan Şəki, Balakən, Zaqatala, Oğuz, Qax və Qəbələ rayonlarının vətəndaşları üçün təşkil edilib.
Sağlamlıq günlərində 800-dən çox vətəndaş nevroloq, uşaq nevroloqu, terapevt, pediatr, psixoloq müayinələrindən keçərək 3 500-ə yaxın tibbi xidmətdən yararlanıb.
Müxtəlif sosial qruplardan olan vətəndaşlar arasında həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrdə iştirak edib.
Həkim-mütəxəssislər tərəfindən vətəndaşlara zəruri tibbi məsləhətlər verilib və ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə yönləndirilib.





























































