Menu
Xəbər Lenti
Bu gün imtahan var
Bugün, 09:18

Bu gün imtahan var

FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

19 Tem 11:24Manşet / İdman

Reşford sürücülük hüququndan məhrum edildi

resford-suruculuk-huququndan-mehrum-edildi

“Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford 6 ay sürücülük hüququndan məhrum edilib.
“Qafqazinfo” “The İndependent” nəşrinə istinadən xəbər verir ki, buna səbəb futbolçunun sürət həddini aşması olub.
Məlumata görə, Reşford 1666 funt sterlinq (3660 manat) məbləğində cərimələnib.
Qeyd edək ki, Reşford ötən ilin sentyabr ayında İngiltərə premyer-liqasında “Bernli” üzərində qələbədən sonra bahalı avtomobili ilə qəza törətmişdi.
Onu da bildirək ki, 26 yaşlı forvard AVRO-2024 üçün İngiltərə millisinin heyətinə daxil edilməmişdi. O, ötən mövsüm ilə çıxdığı 43 matçda 8 qol və 5 də məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırki klubla müqaviləsi 2028-ci ilin yayınadəkdir.