Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

03 Ağu 09:49Manşet / Siyasət

Trampla Harrisin debatı bu tarixdə olacaq

 

Keçmiş amerikalı lider və Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə namizədi Donald Tramp ölkənin vitse-prezidenti və seçkilərdəki rəqibi Kamala Harrislə sentyabrın 4-ü debatın aparılması barədə “Fox News” telekanalı ilə razılıq əldə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə siyasətçi “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.

Görüşün Pensilvaniya ştatında keçiriləcəyi gözlənilir, dəqiq yer və saat daha sonra müəyyənləşəcək.

Tramp izah edib ki, debatın sentyabrın 10-da ABC telekanalında keçirilməsi haqda razılıq daha aktual deyil, çünki Co Bayden namizədliyini geri çəkib. Bundan başqa, respublikaçı istəyir ki, onun Harrislə debatında tamaşaçılar iştirak etsin. O hesab edir ki, ABC platformasında debatların keçirilməsi bu teleşirkətin qeyri-obyektivliyi səbəbindən mümkün deyil.