Menu
Xəbər Lenti
İstanbulda zəlzələ oldu
21-05-2025, 07:13

İstanbulda zəlzələ oldu

Papanı Ağ Evə dəvət etdi
20-05-2025, 06:34

Papanı Ağ Evə dəvət etdi

Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

08 Ağu 10:51Manşet / İqtisadiyyat

Səməd Bəşirli Dünya İqlim Fondunun icraçı direktoru ilə görüşüb

semed-besirli-dunya-iqlim-fondunun-icraci-direktoru-ile-gorusub

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya İqlim Fondunun icraçı direktoru Yens Nilson ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə COP29 tədbirləri və Dünya İqlim Fondu ilə tərəfdaşlıq müzakirə olunub.

Görüşdə qeyd edilib ki, bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 ölkəmizin dünyada iqlim problemlərinin həllinə, “yaşıl artım” amilinə böyük önəm verdiyini göstərir. Görüş zamanı vurğulanıb ki, bu istiqamətdə müvafiq beynəlxalq qurumlarla, o cümlədən, Dünya İqlim Fondu ilə səmərəli əməkdaşlıq əhəmiyyət kəsb edir. Ölkəmizdə energetika sahəsinin qlobal iqlim dəyişiklikləri ilə mübarizə hədəflərinə uyğun şəkildə inkişafı barədə məlumat verilib,  “yaşıl” iqtisadiyyatın inkişafına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılması məqsədilə tədbirlərin reallaşdırılmasına xüsusi diqqət göstərildiyi bildirilib.

Tərəflər COP29 tədbirləri və Dünya İqlim Fondu ilə tərəfdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar.

Bildirək ki, rəsmi görüşdə həmçinin Dünya İqlim Fondunun təmsilçisi Ülviyyə Cəlilzadə də iştirak edib.