25 May 2025-ci il tarixində Daşkəsən şəhər Səməd Vurğun adına 4 N-li Orta məktəbin XV-ci buraxılış məzunlarının 50 illik Yubiley görüşü keçirildi.
Minifutbol üzrə dünya çempionatı: Dörddəbir finala yüksələn digər komandalar bəlli olacaq
Diplomatik nümayəndəliklər Azərbaycan xalqını Müstəqillik Günü ilə bağlı təbrik edir
"Tuana" Estetik Mərkəzində fəaliyyət göstərən Esmira İbrahimli barəsində ciddi araşdırmalar başlanıb – iddialar nə qədər doğrudur?
“Xankəndidə seçkiləri düşünəndə çox həyəcanlanıram”
“Son illərdə Azərbaycanda inanmağımız çətin olan xoş hadisələr baş verir. Belə hadisələrdən birini də indi yaşamaqdayıq. Milli Məclisə seçkilərdə Xankəndidə səsvermənin olacağını düşünəndə çox həyəcanlanıram”.
“Qafqazinfo” xəbər verir ki, bu sözəri “Seçki2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Xalq artisti Fəxrəddin Manafov söyləyib.
“Xankəndi mənim vətənimdir, mən orada doğulmuşam.Tezliklə bizim şəhərdə də yerli əhali seçkilərə qatılacaq, səsverməyə gedəcək, parlamentdəki təmsilçimizi seçəcək. Bunu düşünərkən keçirdiyim hissləri sözlə ifadə etmək olmur. İlk növbədə sonsuz qürur hissi yaşayıram və bütün azərbaycanlılar kimi mən də çox xoşbəxtəm.
Azərbaycanın digər bölgələri kimi işğaldan azad olunmuş torpaqlarımızda da insanlar seçkilərdə iştirak edəcək. Hamımızı təbrik edirəm”, - deyə o əlavə edib.