Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Şadlıq evlərində mümkün qiymət artımının səbəbi nədir? - Ekspert
"Şadlıq evlərində qiymət artımı gözləntisi ümumilikdə ölkə üzrə bir çox sahələrdə qiymət artımı gözləntisi ilə paraleldir. Çünki kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətinin artması gözlənilir".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli qarşıdakı aylarda şadlıq evlərində gözlənilən bahalaşmanın səbəblərindən danışarkən deyib.
O, yaxın aylarda bütün sahələrdə qiymətlərin artacağını vurğulayıb:
"Dizelin qiymətində artım kənd təsərrüfatı məhsullarının əkilməsi, biçilməsi, toplanması, ərzaq məhsullarının logistika xərcləri və s.ə təsir edir. Xərclər artırsa, istər-istəməz qiymətlər də yüksələcək. Nəticə etibarı ilə bütün sahələrdə qiymət artımının olması gözlənilir. Şadlıq evlərindəki menyular onların maya dəyərinin az qala 80%-ni təşkil edir. Yerdə qalanlar xidmət xərcləridir. Əgər ərzaq məhsullarının qiyməti artacaqsa, onlar məcbur olacaq ki, menyunun qiymətlərini artırsınlar. Təbii ki, noyabrda baş tutacaq COP-29-la bağlı əgər toyların keçirilməsinə müəyyən ara veriləcəksə, nəticədə sıxlıq yaranacaq. Bu zaman tələbat artacaq və bunun da qiymətlərə təsiri olacaq".
Natiq Cəfərli təəssüflə vurğulayıb ki, qiymət artımı tək noyabr ayında müşahidə edilməyəcək:
"Amma görüən odur ki, qiymət artımı trendini təəssüf ki, bir çox sahələrdə müşahidə edəcəyik".
Xatırladaq ki, Bakıda şadlıq evlərinin inzibatçıları yaxın aylarda menyuların qiymətinin artacağını bildiriblər.
Bahar Rüstəmli