Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

29 Ağu 12:03Manşet / İqtisadiyyat

“Xalq Bank”da qiymətli metal hesabı

 

"Xalq Bank" müştərilərə investisiya fəaliyyətini genişləndirmələri üçün fiziki olmayan qızıl və gümüşün əldə edilməsi və hesabda saxlanılması üzrə xidmətləri təklif edir. Bunun üçün "Xalq Bank"da qiymətli metal hesabı açmaq və hesaba mədaxil olunan pul vəsaitlərini Bankın daxili məzənnəsi ilə qiymətli metala dəyişmək kifayətdir.

Hazırda qiymətli metal hesabı müxtəlif risklərdən qorunmaq üçün ən populyar və effektiv aktivlərdən sayılır. İstənilən vaxt hesabda olan metal qalığı Bankın daxili məzənnəsi ilə satılaraq yenidən pul vəsaitinə çevrilə bilər. Həmçinin, qiymətli metalın hesabda saxlanılması əlavə xərc yaratmır. Hesabın qalığı troy unsiyası ilə əks olunur. Qeyd edək ki, Xalq Bankda qiymətli metal hesabının açılması pulsuzdur və hesaba ilkin mədaxil məbləği tələb olunmur. Bankla bağlanılan bir əqd üzrə qiymətli metalın miqdarı min. 1 XAU/XAG troy unsiyası təşkil etməlidir.

Müştərilər xidmətdən yararlanmaq üçün "Xalq Bank"ın filiallarına müraciət edə bilərlər.

"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən,  https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.