Xəbər Lenti
9-04-2026, 12:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 13:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
8-04-2026, 11:42
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
Nazir Rza Xudiyevin yerinə Qərargah rəisini təyin etdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi polkovnik Taleh Babayev vəzifəsindən azad edilib.
Qaynarinfo-nun məlumatına görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Nazirin digər əmri ilə Taleh Babayev Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin olunub.
Qeyd edək ki, Taleh Babayev bir müddət əvvəl vəzifəsindən azad edilən Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyevin yerinə gətirilib.























































