Xəbər Lenti
Bugün, 06:58
Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
5-02-2026, 07:47
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
5-02-2026, 07:45
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
5-02-2026, 07:42
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
5-02-2026, 07:36
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Narinin cənazəsi ailəsinə təhvil verildi - Yenilənib
Xəbər verdiyimiz kimi, Türkiyənin Diyarbəkir şəhərində 19 gündür itkin düşən 8 yaşlı Narin Güranın cəsədi aşkar olunub.
“Qafqazinfo”nun “TRT Haber”ə istinadən məlumatına görə, hadisə ilə bağlı saxlanılanların sayı artıb.
Ölkənin ədliyyə naziri Yılmaz Tunç saxlanılanların sayının 24-ə çatdığını bildirib.
Onun sözlərinə görə, hazırda həmin şəxslərin dindirilməsi davam edir. Bununla yanaşı, yaxın zamanlarda Narinin dəqiq ölüm səbəbinin açıqlanacağı qeyd olunub.
Xatırladaq ki, bundan əvvəl 21 nəfərin saxlanıldığı məlum idi. Onlar arasında Narinin anası, atası, qardaşı və əmiləri də var.
***
“TRT Haber”in məlumatına görə, Narin Güranın cənazəsi ekspertizadan sonra ailəsinə təhvil verilib.






















































