“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
Tamerlan Məmmədov Psixiatriya Xəstəxanasına yerləşdirildi
Keçmiş vəkil Tamerlan Məmmədov (Soyadı Zeynalov olsa da, sonradan Məmmədova dəyişib-red.) Respublika Psixiatriya Xəstəxanasına göndərilib.
“Qafqazinfo” Qaynarinfo-ya istinadən xəbər verir ki, sentyabrın 19-da vətəndaş İ. Aslanova Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək onunla bağlı şikayət edib.
Ətraflı
Şikayətçi bildirib ki, Tamerlan Məmmədov onun yaşadığı ünvana gələrək evinə işıq salıb, qəribə səslər çıxarıb, avtomobilinin üzərinə yazılar yazıb və qapısını döyərək narahat edib.
O, polis bölməsinə gətiriləndən sonra da özünü qeyri-adekvat aparıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs Respublika Psixiatriya Xəstəxanasına dəfələrlə müalicə alıb. Bu səbəbdən də yenidən Respublika Psixiatriya Xəstəxanasına göndərilib.
Qeyd edək ki, Tamerlan Məmmədov (Zeynalov) Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb, daha sonra vəkil kimi fəaliyyət göstərib. 2019-cu ildə o, dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilib, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.



















































