Xətai rayonunda növbəti qanunsuzluq: bayram sükutundan istifadə edilərək icazəsiz artırma
Çilidə Qələbə Yolu: Xocalı İdman Klubunun Peşəkar İdmançısı Elnur Mustafayev 67 kq-da Azərbaycanı Təmsil Edir
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Dekabr ayının reytinq cədvəli açıqlanıb
Nisə Rafiq qızı İbrahimovanın ad günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib
Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir?
Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölkədə fəaliyyət göstərən “MilliÖn” və “E-manat” terminallarında ödəniş edən zaman 1% komissiya tutulur. Xüsusilə kredit ödənişlərində bu haqqın tutulduğu bildirilir.
Vətəndaşları narahat edən əsas məqam isə tutulan komissiya məbləğinin qəbzlərdə əks olunmamasıdır.
Məsələ ilə bağlı “E-manat”dan “Xəzər Xəbər”ə bildirilib ki, bu komisiya onlara aid deyil. Terminallarında ödəniş zamanı tətbiq edilən komissiya həmin xidməti gösətərn provayder tərəfindən tətbiq edilir.
Hər hansı bir komissiya tutulursa, müştəri “İnfo” bölməsində komissiyanın bank, yaxud da “E-manat” tərəfindən tutulduğunu aydın şəkildə görə bilər.
“MilliÖn” şirkətindən isə bəzi ödənişlərdə komissiya haqqının tutulduğu təsdiqlənərək bildirilib ki, ödəniş olunan zaman monitorda komissiya çıxılacağı ilə bağlı məlumat əks olunur. Bu komissiya isə bankın istəyi əsasında tətbiq edilir.
Komissiyanın qəbzdə əks olunmaması isə müvəqqətidir və tezliklə həyata keçiriləcək.
Ətraflı videomaterialda:






















































