Xəbər Lenti
Bugün, 09:03
Şahbaz Şərif: Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik
Bugün, 08:38
Klublararası dünya çempionatı: PSJ "Bavariya" ilə, "Borussiya Dortmund" "Real Madrid"lə üz-üzə
Millimizin son görüşünün nəticələri
Azərbaycanın kişi və qadınlardan ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında son görüşünü keçirib.
“Qafqazinfo” xəbər verir ki, XI turda Braziliya ilə üz-üzə gələn kişilərdən ibarət yığmamız 3:1 hesablı qələbə qazanıb.
Aydın Süleymanlı - Luiz Paolo Supi 0,5:0,5
Nicat Abasov - Alexander Fier 0,5:0,5
Rauf Məmmədov - Renato Quintiliano 1:0
Şəhriyar Məmmədyarov - Dieqo Di Berardino 1:0
Qadınlardan ibarət millimiz isə son turda yarışın favoriti Hindistanla üz-üzə gəlib.
Yığmamız 0,5:3,5 hesabı ilə uduzub.
Harika Dronavalli - Günay Məmmədzadə 1:0
Rəmeşbabu Vaişəli - Ülviyyə Fətəliyeva 0,5:0,5
Deşmux Divya - Gövhər Beydullayeva 1:0
Vantika Aqraval - Xanım Baladjayeva 1:0