Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

19 Ara 07:00İdman

Nodirbek Abdusattorov “Vüqar Həşimov Memorialı-2022”də liderliyini davam etdirir

Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirinin ikinci gününə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turnirin ilk üç günündə 10 şahmatçı rapid turnirində gücünü sınayır.

İkinci oyun günündə növbəti 3 turun partiyaları keçirilib. Dördüncü turda Azərbaycan təmsilçilərindən Rauf Məmmədov ispaniyalı Valeho Pons, Şəhriyar Məmmədyarov Rumıniya idmançısı Riçard Rapport, Abdulla Qədimbəyli isə özbəkistanlı Nodirbek Abdusattorov ilə heç-heçə ediblər. Millimizin üzvü Aydın Süleymanlı Hindistan idmançısı Qukeş Dommaracuya, ABŞ təmsilçisi Semuel Şenklend isə çinli Van Haoya uduzub.

Beşinci turda yeganə qələbəni R.Məmmədov qazanıb. Təmsilçimiz S.Şenklendi məğlub edib. A.Süleymanlı V.Pons, N.Abdusattorov V.Hao, A.Qədimbəyli R.Rapport, Ş.Məmmədyarov isə Q.Dommaracu ilə sülhə razılaşıb.

Günün sonuncu turunda N.Abdusattorov və A.Qədimbəyli partiyalarını qələbə ilə başa vurublar. Özbəkistan təmsilçisi S.Şenklenddən, millimizin üzvü isə Q.Dommaracudan üstün olublar. Ş.Məmmədyarov V.Pons, R.Məmmədov A.Süleymanlı, V.Hao isə R.Rapportla heç-heçə edib.