Menu
Xəbər Lenti
FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

23 Ara 14:47İdman

Özbəkistanlı Nodirbek Abdusattorov “Vüqar Həşimov Memorialı-2022”nin qalibi olub

Özbəkistanlı Nodirbek Abdusattorov Bakıda keçirilən görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, blits yarışlarında sona 4 tur qalmış özbəkistanlı şahmatçı 23,5 xalla yaxın izləyiciləri Rumıniya təmsilçisi Riçard Rapport və Rauf Məmmədov üçün əlçatmaz olub. Hər iki şahmatçının aktivində 18 xal var.

Şahmatçılar daha 4 turda güclərini sınayacaqlar.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) isə bir dəfə turnirin qalibi olublar.