Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

24 Ara 03:07İdman

Nodirbek Abdusattorov: Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq

Azərbaycana gələndə superturnirin qalibi olacağıma inanmırdım. Çünki memorialda ən güclü şahmatçılar mübarizə aparırdı. Çox arzulayırdım ki, mükafatçılar sırasında yer alım. Sevinirəm ki, bunu bacardım.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Vüqar Həşimov Memorialı-2022”nin qalibi olan Özbəkistan şahmatçısı Nodirbek Abdusattorov deyib.

Ölkəmizə ilk dəfə səfər etdiyini deyən qrossmeyster paytaxtımızla tanış olmadığını, ancaq yarışa kökləndiyini vurğulayıb: “Çox gərgin və maraqlı partiyalarımız oldu. Elit şahmatçılarla birlikdə bu memorialda mübarizə aparmaq mənim üçün çox qürurvericidir. Rəqiblərimin hamısı titullu idmançılar idi. Turnir, həmçinin mənim üçün böyük təcrübə oldu”.

Vüqar Həşimovun təkcə Azərbaycan deyil, dünya şahmatı tarixində özünəməxsus yeri olduğunu bildirən N.Abdusattorov qeyd edib ki, bu gün də gənc şahmatçılar onun möhtəşəm partiyalarını izləyir və xüsusi oyun üslubundan yararlanırlar. Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq. Onun qazandığı uğurlar bu fikri söyləməyə əsas verir.

Görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirdə 25,5 xalla özbəkistanlı Nodirbek Abdusattorov birinci olub. Hesablarında 20,5 xal olan Rauf Məmmədov və Şəhriyar Məmmədyarov ilk üçlükdə yer alıblar.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci və 2019-cu illər), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı və 2017-ci il) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci il) isə bir dəfə turnirin qalibi olublar.