Xəbər Lenti
Dün, 11:44
Adil Əliyevdən Araz Musayevin iddialarına cavab: "Ortada istintaqı yayındırmaq cəhdi var"
Dün, 10:25
Şahin Seyidzadə: Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır
4-06-2025, 15:27
Elsevər Məmmədov Niderland- Belçika Azərbaycanlıları Koordinasiya Şurasının yeni koordinatoru seçildi
3-06-2025, 11:51
Ağdərədə itkin düşmüş şəhid İbrahimov Sahil Nurəddin oğlu Əmircan qəsəbəsi Şəhidlər xiyabanında dəfn edildi
2-06-2025, 16:48
Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir
2-06-2025, 12:06
Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı Şəhər Yaradıcılıq Evində Bəşir Səfəroğlu adına Xalq Teatrında tədbir keçirilib.
2-06-2025, 08:58
“Əsrin müqaviləsi” regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi” - Yenilənib
1-06-2025, 17:40
İmişli rayonunda 1İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
1-06-2025, 10:33
Mikayıl Cabbarov 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
19 Ara 06:58İdman
Avropa çempionu: Azərbaycan şahmatının gələcəyi parlaqdır
Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturniri fantastik yarışdır. Çünki yarışda mübarizə aparan heyət həm güclüdür, həm də maraqlı oyun sərgiləyir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Avropa çempionu, dünya çempionatının komanda yarışlarının qalibi, rusiyalı Yevgeni Tomaşevski bildirib. O qeyd edib ki, ötən partiyalardan bəlkə biri, yaxud ikisini çıxmaq şərtilə bütün oyunlar maraqlı mübarizə şəraitində keçib və onları izləmək xüsusi zövq verir.
Şahmatçı yarışın təşkilatçılığını xüsusi qeyd edib: “VIII beynəlxalq superturnir yüksək səviyyədə təşkil edilib. Turnirdə iştirak etməkdən məmnunam”.
Azərbaycanın dünyanın şahmat mərkəzlərindən biri olduğunu deyən Y.Tomaşevski son illər ölkəmizdə bu sahədə böyük uğurların qazanıldığını bildirib: “Azərbaycanda dünyanın tanınmış zəka ustaları yetişib. Ölkənizin güclü şahmat komandası var. Bu yaxınlarda 20 yaşadək gənclərin dünya çempionatında həm qızlar, həm oğlanlar arasında Azərbaycan şahmatçılarının qalib adına layiq görülmələrini xüsusi qeyd etmək istəyirəm. Bu, çox böyük uğurdur. Bəlkə Hindistanda belə böyük nəticə əldə edilib. Bu faktın özü göstərir ki, Azərbaycan şahmatının gələcəyi daha parlaqdır”.
Rusiyalı şahmatçı Vüqar Həşimovla bağlı xatirələrini də bölüşüb: “Onu çox yaxşı xatırlayıram. Biz demək olar ki, yaşıd olsaq da, karyeramız ərzində yollarımız kəsişməyib. Vüqar uşaqlıqdan o qədər istedadlı və bacarıqlı idi ki, qısa zamanda hamını qabaqlayıb, yüksək zirvəni fəth edə bilmişdi. Onunla şahmat oynamaq, hətta ünsiyyətdə olmaq insana xüsusi zövq verirdi. Təəssüflənirəm ki, onunla daha çox ünsiyyətdə ola və şahmat oynaya bilməmişəm. Vüqar Həşimovun yoxluğu yalnız Azərbaycan üçün deyil, şahmat dünyası üçün böyük itkidir”.