Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

26 Eyl 07:16Manşet / İdman

Bir ildir zədəli olan Neymarın son durumu

bir-ildir-zedeli-olan-neymarin-son-durumu

Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal”ın baş məşqçisi Xorxe Xesus zədəli futbolçu Neymarın yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı sualı cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb.

Onun sözlərinə görə, Neymar ən azı yanvara qədər Səudiyyə Ərəbistanı çempionatında oynamayacaq.

“Neymar yalnız “Əl-Hilal” deyil, ümumilikdə Səudiyyə Ərəbistanı liqası üçün vacib oyunçudur. Lakin onun qayıdışı ilə bağlı dəqiq tarix deyə bilmərəm. Biz Neymarın vəziyyətini yanvar ayında bir daha qiymətləndirəcəyik”, - baş məşqçi deyib.

Xatırladaq ki, Neymar ötən ilin oktyabrında, Braziliya millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvaya qarşı keçirdiyi görüşdə (0:2) zədələnib. O, “Əl-Hilal”da cəmi 5 matça çıxaraq 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.