Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
AR ETN Botanika İnstitutunda “27 sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib

Tədbir öncəsi İnstitut əməkdaşları II Şəhidlər xiyabanına ziyarət edib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə çiçəklər düzülüb.
Tədbir Dövlət Himnimizin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Tədbirdə İnstitutun baş direktoru, professor, b.e.d. Səyyarə İbadullayeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, möhkəm iradəsi, uzaqgörən strategiyası, uğurlu xarici-daxili siyasəti nəticəsində xalqımızın 44 gün ərzində qazandığı möhtəşəm tarixi qələbədən söz açıb. O, Vətən müharibəsində cəmiyyətimizin nümayiş etdirdiyi səfərbərlikdən, igidlərimizin müharibə dövründə göstərdikləri şücaətdən danışıb, torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında qəhrəmanlıq göstərərək, canını vətən uğrunda qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyib.
Tədbirdə çıxış edənlər II Qarabağ müharibəsində qazanılmış Zəfəri parlaq qələbə, mənəviyyat hadisəsi, milli qürur və milli ləyaqətin bərpası olduğunu qeyd ediblər.
Xezertv.info

































































