Menu
Xəbər Lenti
Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

08 Ekm 07:09Manşet / Dünya

“Narahat olma, qızın etibarlı əllərdədir...”

 

Türkiyənin İstanbul şəhərində keçmiş sevgilisi Semih Çelik tərəfindən vəhşicəsinə qətlə yetirilən 19 yaşlı İkbal Uzunerin atası Hasan Uzunerin polis bölməsində verdiyi ifadəsi ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hürriyyet” məlumat yayıb.

Atasının sözlərinə görə, qızı və Semih məktəbdə tanış olublar:

“Qızım liseyi Fatih rayonunda oxuyub. Semih Çeliklə məktəbdə tanış olublar. Liseydə üçüncü sinfin birinci yarısında Semih qızımı narahat etməyə başladı. Daha sonra qızımın məktəbini dəyişdim. O, bir müddət Semihlə dostluq etdi, lakin yaşadığı narahatlıqlar səbəbi ilə psixologiyası korlandı”.

H. Uzuner Bildirib ki, İkbal və Semih 1,5 ildir heç bir əlaqə qurmayıb:

“Onu psixoloqa göndərdim. Qızım məndən pişik istədi, aldım. Pişiklə vaxtını keçirməyə başladıqdan sonra psixologiyası yaxşılaşdı. Son 1,5 ildə vəziyyəti xeyli yaxşı idi, düzəlmişdi. Semih Çelikin anası bizə zəng edib dedi ki, oğlumun yeni sevgilisi var, çox xoşbəxtdirlər, daha qızınızı narahat etməyəcək. Bundan sonra daha da rahatlaşmışdıq”.

Fotoda Hasan Uzuner:

O, ifadəsinə belə davam edib:

“Hadisə baş verən gün də yoldaşım qızıma zəng etdi, ancaq telefona bir kişi cavab verdi və “Narahat olma, qızın etibarlı əllərdədir”, - dedi. Həyat yoldaşım qızıma yenidən zəng edəndə bu dəfə başqa bir kişi cavab verdi və telefonun qala divarından düşdüyünü dedi. Yoldaşıma yerini izah etdi və gəlib telefonu götürə bilərsiniz dedi. Bundan sonra mən də qızıma zəng etdim. Telefona cavab verən kişi mənə dedi ki, telefonu ancaq anasına təhvil verəcək.

Yoldaşımla birlikdə qızımın telefonunu almağa getdik. Telefonu evsiz bir şəxs qala divarından düşdüyü yerdə tapıb. Bəlkə qızımız da qala divarının üstündədir deyə yuxarı qalxmaq istədik, amma simlər olduğu üçün qalxa bilmədik. Aşağı düşəndən sonra böyük bir insan kütləsinin divarlara doğru baxdığını gördük. Bəlkə qızımız da ordadır deyə həmin istiqamətə addımladıq və bu zaman qızımın başını gördüm”.

Fotoda İkbal Uzuner

Xatırladaq ki, hadisə oktyabrın 5-də İstanbul şəhərinin Fatih rayonunda baş verib. Psixoloji problemləri olan 19 yaşlı Semih Çelik adlı şəxs İkbal Uzuner adlı qızın başını bıçaqla kəsərək Edirnekapı qala divarlarından aşağı atıb. Daha sonra Çelik boğazına ip keçirib və özünü qala divarlarından ataraq intihar edib. O, həmin gün daha əvvəl öz evində digər sevgilisi Ayşenur Halil adlı 19 yaşlı qızı da vəhşicəsinə qətlə yetirib.

Fotoda Semih Çelik

Fotoda Ayşenur Halil