Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

09 Ekm 07:40Manşet / Dünya

Ərdoğan Putinə hədiyyə göndərib

erdogan-putine-hediyye-gonderib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə ad günü münasibətilə hədiyyə göndərib. 

“Qafqazinfo” “RBK” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuriy Uşakov açıqlayıb. 

“Türkiyə prezidenti dünənki telefon danışığından əvvəl xüsusi olaraq hədiyyə göndərib”, - deyə Uşakov qeyd edib. 

O, hədiyyənin məhz nədən ibarət olduğunu deməsə də, Ərdoğanın Putinə “yaxşı türk hədiyyəsi” göndərdiyini vurğulayıb. 

Bununla yanaşı, hədiyyənin dövlət qulluqçuları üçün icazə verilən 3000 rubl çərçivəsində olub-olmamasına dair suala cavab verən Uşakov hədiyyənin dəyərinin bundan bir qədər çox olduğunu bildirib.

Xatırladaq ki, oktyabrın 7-də Putinin 72 yaşı tamam olub. Dünən tərəflər arasında baş tutan telefon danışığı zamanı Ərdoğan rusiyalı həmkarının ad gününü təbrik edib.