Azərbaycanda keçirilən “Beat the Heat Vol. IV” yay universiteti layihəsi uğurla yekunlaşıb
Alyaskanın ev sahibi Putin, iki böyük qələbə qazanan Putin, razı qalan Tramp… – Beynəlxalq media icmalı
Bu ərazilərdə qaz olmayacaq
Xəzər rayonu, Şüvəlan qəsəbəsində qaz tənzimləyici şkafın yerinin dəyişdirilməsi və mövcud qaz xəttinin yenisi ilə əvəz olunması, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yeni çəkilmiş qaz xətlərinin şəbəkəyə qoşulması, Sabunçu rayonu, Pirşağa qəsəbəsində qaz sayğaclarının giriş hissəsində əymə üsulu ilə montaj olunması məqsədilə 14.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə “Qafqazinfo”ya “Azəriqaz” İB-dən məlumat verilib.
Qeyd olunub ki, təmir-quraşdırma işləri görülən müddətdə Xəzər rayonu üzrə Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsinin, Nərimanov rayonu üzrə C.Hacıbəyli küçəsinin, Sabunçu rayonu üzrə isə Pirşağa qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.