"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
“O, həmişə qalib gəlmək istəyir...”
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines futbolçusu Kriştiano Ronaldo barədə danışıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb.
Martines Ronaldonun hər zaman qələbə qazanmaq istədiyini bildirib:
“Düşünürəm ki, futbolçunun yaşının fərqi yoxdur, Kriştiano 39 yaşlı futbolçu kimi çalışıb oynamır. Hər bir futbolçunun özünü necə hiss etdiyini nəzərə alaraq onunla işləyirik. O, çox yaxşı oynayır”.

“Komandanızda Ronaldo kimi futbolçunun olması necədir?” sualına isə mütəxəssis belə cavab verib:
“O, komandaya kömək etmək üçün çox çalışır. Belə bir stadiona gələndə onun nə qədər ikonik şəxsiyyət olduğunu və nə qədər unikal karyerası olduğunu, vurduğu qolların sayını, qazandığı kubokları başa düşürsən. O, həmişə qalib gəlmək istəyir. Beynəlxalq səviyyədə 200-dən çox oyun keçirən başqa bir oyunçu yoxdur, onun vurduğu qolların sayı, qazandığı kuboklar nümunədir”.
Qeyd edək ki, oktyabrın 15-də Portuqaliya millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Şotlandiya ilə qarşılaşacaq.






















































