Menu
Xəbər Lenti
Bəzi yerlərə leysan yağır
16-10-2024, 07:56

Bəzi yerlərə leysan yağır

İspaniya pley-offda!
16-10-2024, 07:29

İspaniya pley-offda!

Tıxac olan yollar - Siyahı
15-10-2024, 07:43

Tıxac olan yollar - Siyahı

Bu ərazilərdə qaz olmayacaq
14-10-2024, 07:37

Bu ərazilərdə qaz olmayacaq

58 yaşlı qadın toyda öldü
13-10-2024, 09:35

58 yaşlı qadın toyda öldü

17 Ekm 06:24Manşet / Dünya

NATO-dan Zelenskinin “Qələbə planı” ilə bağlı - Açıqlama

 

NATO-nun baş katibi Mark Rutte Ukrayna Prezidenti Volodimir Zelenskinin təqdim etdiyi “Qələbə planı”nını şərh edib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə Brüsseldə keçirdiyi mətbuat konfransında danışıb.

“Bu, təbii ki, Ukraynanın qələbə planıdır və biz bunu müzakirə edəcəyik. Burada dərindən araşdırmalı olacağımız çoxlu məqamlar var. Mən planın hər bir elementini şərh etməyəcəyəm. Lakin, bu, Zelenski və komandasının bu planı hazırladıqlarına və hazırda həyata keçirdiklərinə dair güclü siqnaldır”, - Rutte qeyd edib.

Onun sözlərinə görə, bu planın bir çox aspektləri və bir çox siyasi və hərbi məsələləri var ki, onların arxasında nə olduğunu anlamaq, nəyi edə və nəyi edə bilməyəcəklərini anlamaq üçün Ukrayna ilə müzakirə aparmaq lazımdır.

Həmçinin Mark Rutte deyib ki, Ukrayna Şimali Atlantika Alyansına üzv olacaq:

“Ukrayna, əlbəttə, vaxtı gələndə alyansa qoşulacaq, lakin bunun dəqiq tarixini deyə bilmərəm”.