Xəbər Lenti
9-04-2026, 12:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 13:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
8-04-2026, 11:42
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
Zelenskinin Rusiya ilə bağlı çağırışına ABŞ-dan - Cavab

“ABŞ Ukraynadakı münaqişədə birbaşa iştirak etməyəcək”.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib.
Patel brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyaya zərbə endirmək çağırışını şərh edərkən deyib:
“Prezident Co Bayden və dövlət katibi Entoni Blinken açıq şəkildə bildirdilər ki, ABŞ və ya müttəfiqlərimizə birbaşa hücum olmasa, biz Amerika əsgərlərini göndərməklə və ya Rusiya qüvvələrinə hücum etməklə birbaşa bu münaqişəyə qoşulmayacağıq”.
Bundan əvvəl Zelenski Avstraliyadakı Lou İnstitutunda videobağlantı vasitəsilə çıxış edərək NATO-nun Rusiya Federasiyasına “önləyici” zərbələr endirməli olduğunu bildirmişdi.























































