Xəbər Lenti
Bugün, 21:03
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
23-06-2026, 15:44
Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
23-06-2026, 10:00
Vətənpərvər iş adamı Üzeyir İsmayılov – dövlətə sədaqətin və xeyirxahlığın nümunəsi
22-06-2026, 19:29
Göygöl yaylaqlarında böyük qayıdışın zəfər sədası: Ağbaba və Şörəyel ruhunun təntənəsi
İki nəfər öldürüldü, biri yaralandı - Qəbələdə dəhşət
Oktyabrın 17-də saat 20 radələrində Qəbələ rayonunun Zərgərli kəndində 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyeva və 1979-cu il təvəllüdlü Əlibaba Gəncimovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi, eləcə də qadının nəvəsi, 23 yaşlı Nurlan Məmmədalıyevin isə xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, araşdırmalarla Əlibaba Gəncimovun ov tüfəngi ilə qadına və nəvəsinə, N.Məmmədalıyevin isə Ə.Gəncimova tüfənglə atəş açdığı müəyyən edilib.
Cinayət aləti hesab edilən ov tüfəngləri polis əməkdaşları tərəfindən götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.























































