Ağcabədidə Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
Nuri Şahindən sürpriz qərar - Ançelottidən cavab gecikmədi

“Borussiya Dortmund”un baş məşqçisi Nuri Şahin Çempionlar Liqasında “Real Madrid” ilə keçiriləcək qarşılaşma öncəsi gözlənilməz qərar qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Türk məşqçi taktiki planlarının aşkarlanmaması üçün komandasının “Santyaqo Bernabeu”da məşq etməsinə icazə verməyib.
Dortmund komandası son məşqini Almaniyada keçirərək daha sonra İspaniyaya yola düşüb. Məlumatda Almaniya klubunun indiyə qədər belə addım atmadığı qeyd olunub.
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti mətbuat konfrasında bu mövzuda açıqlama verib.
“Dortmund haqqında hər şeyi bilirik. Onları izləməyə ehtiyacımız yoxdur”, - italiyalı mütəxəssis deyib.
Qeyd edək ki, Nuri Şahin 2011-2014-cü illərdə İspaniya nəhənginin formasını geyinib. “Liverpul” və Dortmund “Borussiya”sına icarəyə verilən Şahin “Real”ın heyətində cəmi 10 rəsmi oyuna çıxıb.
“Real Madrid” ilə “Borussiya Dortmund” oktyabrın 22-də “Santyaqo Bernabeu”da qarşılaşacaq.























































