Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

23 Ekm 07:36Manşet / Dünya

Vatsapda bu da mümkün olacaq

Vatsap messencerində telefonun ünvan kitabçasından asılı olmadan kontaktları saxlamaq mümkün olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.
Belə ki, messencer istifadəçilərə kontaktları tətbiqdə saxlamağa imkan verən daxili kontakt menecerini təqdim edib. Yenilik sayəsində telefonunuzu itirsəniz və ya cihazınızı dəyişdirsəniz kontaktların itirilməsinin qarşısı alınacaq.
Bu yeniləmənin ən faydalı cəhətlərindən biri istifadəçilər yeni kontakt əlavə etdikdə görünən “Kontaktı telefonla sinxronlaşdır” başlıqlı yeni keçiddir. Bu keçid istifadəçilərə müəyyən kontaktı telefonlarının ünvan kitabçası ilə sinxronlaşdırmaq və ya onu yalnız vatsapda saxlamaq istəyib-istəmədiklərini müəyyən etməyə imkanı verir.
İlk olaraq “WhatsApp Web” və “Windows” versiyasında kontaktları saxlamaq mümkün olacaq. Bu imkan tədricən digər cihazlarda da aktiv olacaq.