Xəbər Lenti
7-07-2026, 20:01
Taleh Məmmədov: Zamin Fərzinin yeni təyinatı səhiyyəyə göstərilən etimadın ifadəsidir
7-07-2026, 12:56
Elmə və təhsilə həsr olunan mənalı ömür – El ağsaqqalı Soltanağa Cəfərovun 76 illik yubileyi münasibətilə təbrik
“Qarabağ”dan böyükhesablı qələbə

“Qarabağ” Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.
“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv XI turda “Şamaxı” ilə üz-üzə gəlib.
Matç “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
47-ci dəqiqədə Toral Bayramov penaltini dəqiq yerinə yetirib. 66-cı dəqiqədə Redon Cica fərqi daha da artırıb. 84-cü dəqiqədə isə Yasin Benziya yekun hesabı müəyyənləşdirib.
Hazırda lider olan Ağdam təmsilçisi qələbə sayəsində xallarının sayını 27-yə çatdırıb. 12 xalı olan qonaqlar 6-cı sırada qalıb.
Qeyd edək ki, XI turun əvvəlki oyunlarında “Turan Tovuz” “Kəpəz”i (2:1), “Sumqayıt” “Səbail”i (1:0) məğlub edib. “Araz-Naxçıvan” – “Zirə” matçında (1:1) və “Sabah” – “Neftçi” görüşündə (0:0) qalib müəyyənləşməyib.























































