Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası və İnvestisiya Forumu keçiriləcək
Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini "sağlamlıq eksperti" kimi təqdim edən bloqerlər
Azərbaycan idmanı yeni zirvədə: Bakı şəhərinin 2026-cı il üçün Dünya İdman Paytaxtı seçilməsi və yeni inkişaf mərhələsi
PREZİDENT İLHAM ƏLİYEVİN AMEA‑NIN 80 İLLİK YUBILEYİ TƏDBİRİNDƏKİ ÇIXIŞINDA DİL MƏSƏLƏLƏRİ
Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA
“Əminəm ki, bu razılaşma Bakıda əldə olunacaq” - Quterreş

“Zənginlər problem yaradır, yoxsullar ən yüksək bədəli ödəyir. “Oxfam” təşkilatının məlumatına görə, milyarderlər bir saat yarım ərzində orta statik bir insanın ömrü boyu hasil edəcəyi qədər karbon emissiya edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılışında deyib.
Onun sözlərinə görə, karbon emissiyası sürətlə azaldılmasa və adaptasiya sürətləndirilməsə, hər bir ölkə iqtisadiyyatı daha böyük zərərlə üzləşəcək. Bununla belə, Baş katib sözügedən prosesdə ümidin olduğunu diqqətə çatdırıb.
Quterreş qeyd edib ki, Oksford Universiteti və BMT-nin İnkişaf Proqramı tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, dünya üzrə insanların 80 faizi iqlimlə bağlı daha çox tədbirlərin olmasını istəyir: “Alimlər, aktivistlər və dəyişiklik tələb edən gənclərin səsi duyulmalıdır”.
İqlim maliyyəsi ilə bağlı razılaşmanın əhəmiyyətindən danışan BMT rəsmisi bildirib: “COP29 iqlim maliyyəsi ətrafında divarları dağıtmalıdır. İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidir. Razılaşma mütləqdir. Və mən əminəm ki, bu razılaşma əldə olunacaq”.
O vurğulayıb ki, iqlim maliyyəsi xeyriyyə deyil, yatırımdır.
Günel İbrahimova






















































