Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Üçtərəfli görüşdən sonra Zelenskidən ilk - Açıqlama

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makronla görüşündə Ukraynadakı münaqişənin dondurulmasını müzakirə edib.
“Qafqazinfo” bu barədə UNİAN-a istinadən xəbər verir.
“Dondurulmuş münaqişədən söhbət gedirsə, bu barədə danışdıq. Mən dedim ki, dünyada hamıdan çox biz müharibənin dayandırılmasını istəyirik. Şübhəsiz ki, müharibənin diplomatiya ilə başa çatması daha çox insanın həyatını xilas edəcək, biz də bunu istəyirik”, - Zelenski bildirib.
Eyni zamanda, Zelenski əlavə edib ki, onun fikrincə, Rusiya münaqişəyə son qoymağın əleyhinədir və bu vəziyyəti dəyişmək üçün ABŞ və Avropa Ukraynanı hərbi cəhətdən gücləndirməlidir.
Onun sözlərinə görə, Ukraynanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı var: “İndi biz NATO-da ola bilmərik, amma NATO-ya dəvət oluna bilərik”.
Xatırladaq ki, dekabrın 7-də Parisdə Zelenski, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutub. Dekabrın 8-də isə Tramp bildirib ki, Ukrayna münaqişənin həlli üçün Rusiya ilə razılığa gəlmək istəyir və dərhal atəşkəsə və sülh danışıqlarına başlamağa çağırıb.





















































