Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Rusiya XİN-dən Ərdoğanın açıqlamasına - Reaksiya

Rəsmi Moskva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyada yalnız onun və Rusiya Prezidenti Vladimir Putinin təcrübəli liderlər olması barədə açıqlamasına münasibət bildirməyi düzgün hesab etmir.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “NEWS.ru”nun müvafiq sualını cavablandırarkən bildirib.
Diplomat vurğulayıb ki, Rusiya tərəfi dost ölkələrlə münasibətlərini qoruyur:
“Ölkəmiz dost ölkələrdən olan həmkarlara və liderlərə hörmət edir, dialoqu davam etdirir, əlaqələri inkişaf etdirir, mütəmadi olaraq təmaslar təmin edilir. Lakin Türkiyə Prezidentinin bəyanatını şərh etməyi düzgün hesab etmirik, bu Türkiyə tərəfinin işidir”.
Sözügedən açıqlamanı təqdim edirik:
Xatırladaq ki, Ərdoğan Qaziantep vilayətində çıxışı zamanı dünyada yalnız iki təcrübəli liderin - özünün və Rusiya Prezidenti Vladimir Putinin qaldığını demişdi.






















































