Menu
Xəbər Lenti
Təbrik Məktubu
26-04-2026, 15:16

Təbrik Məktubu

İmtahan günüdür
26-04-2026, 10:22

İmtahan günüdür

“Azeri Light” bahalaşdı
25-04-2026, 10:18

“Azeri Light” bahalaşdı

Arda Turan cəzalandırıldı
24-04-2026, 07:49

Arda Turan cəzalandırıldı

12 Ara 06:20Manşet / İdman

“Onları avtobusun altına ata bilmərəm” - Mourinyo

onlari-avtobusun-altina-ata-bilmerem

Xəbər verdiyimiz kimi, Avropa Liqasında Liqa mərhələsinin 6-cı turunda “Fənərbaxça” evdə İspaniya “Atletik”inə 0:2 hesabı ilə məğlub olub.

“Qafqazinfo” “TRT Spor”a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo oyundan sonra mətbuat konfransında bunları deyib:

“Komanda ilk hissədə qol buraxdıqdan sonra yaxşı oynadı. 1-0 onsuz da ədalətli nəticə deyildi, 2-0 sinəmizə bıçaq zərbəsi kimi oldu. 10 nəfər qaldıqdan sonra işlər çətinləşdi. Azarkeşlər kədərlidirlər, amma bizdən daha kədərli deyillər. Bazar günü daha bir matç var və biz sakit olmalıyıq”. 

Portuqaliyalı mütəxəssis sözlərinə belə davam edib:

“Futbolçularımdan razıyam. Onları avtobusun altına ata bilmərəm. “Daha yaxşı oyunçular istəyirəm” deməyimi gözləməyin. Kaş Jayden, Kostiç və Oğuz Aydın da əlimizdə olardı. Necə çətin vəziyyətdə olduğumu görürsünüz. Qarşıda matçlarımız var. Bu gün yata bilsəm sabah, yata bilməsəm, bu gecə növbəti matçı düşünməyə başlayacam”.