Menu
Xəbər Lenti
Təbrik Məktubu
Dün, 15:16

Təbrik Məktubu

İmtahan günüdür
Dün, 10:22

İmtahan günüdür

“Azeri Light” bahalaşdı
25-04-2026, 10:18

“Azeri Light” bahalaşdı

Arda Turan cəzalandırıldı
24-04-2026, 07:49

Arda Turan cəzalandırıldı

12 Ara 06:30Manşet / İdman

“İtaliya komandalarına qarşı oynamaq asan deyil”

italiya-komandalarina-qarsi-oynamaq-asan-deyil

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda “Yuventus”la oyunda (0:2) məğlubiyyətini şərh edib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Pep oyun haqqında bunları deyib:

“Bu gün çox inamlı görünürdük. Əvvəlki matçlardan fərqli olaraq, daha az top itirdik və lazımi mövqeləri tutduq. Bununla belə, həmişə dərin və yığcam oynayan İtaliya komandalarına qarşı oynamaq asan deyil. “Yuventus” həmişə yüksək səviyyəli komanda olub və belə də qalır. Rəqibi təbrik edirəm.

Bundan əlavə, qapımızın yaxınlığında təhlükəli anlara yol verdik, lakin mən oyunçularımla səmimi olaraq fəxr edirəm. Əminəm ki, onlar əllərindən gələni etdilər. Ümid edirəm ki, yaxşı nəticələrlə gedişatı dəyişə bilərik”.

Qvardiola məşqçilik karyerasında ilk dəfə Çempionlar Liqasının qrup və ya liqa mərhələsində ardıcıl üç matçda qalib gələ bilməyib.

Qeyd edək ki, “Mançester Siti” Çempionlar Liqasının cədvəlində 22-ci yerdədir.