Prezident İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
Vəhdət Partiyasından növbəti ictimai müzakirə: 20 Yanvar şəhid ailələri və gözüyaşlı anaları ilə geniş görüş
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 20 Yanvar – Milli yaddaşın sarsılmaz sütunu
Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları təsdiqlənib
“İtaliya komandalarına qarşı oynamaq asan deyil”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda “Yuventus”la oyunda (0:2) məğlubiyyətini şərh edib.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Pep oyun haqqında bunları deyib:
“Bu gün çox inamlı görünürdük. Əvvəlki matçlardan fərqli olaraq, daha az top itirdik və lazımi mövqeləri tutduq. Bununla belə, həmişə dərin və yığcam oynayan İtaliya komandalarına qarşı oynamaq asan deyil. “Yuventus” həmişə yüksək səviyyəli komanda olub və belə də qalır. Rəqibi təbrik edirəm.
Bundan əlavə, qapımızın yaxınlığında təhlükəli anlara yol verdik, lakin mən oyunçularımla səmimi olaraq fəxr edirəm. Əminəm ki, onlar əllərindən gələni etdilər. Ümid edirəm ki, yaxşı nəticələrlə gedişatı dəyişə bilərik”.
Qvardiola məşqçilik karyerasında ilk dəfə Çempionlar Liqasının qrup və ya liqa mərhələsində ardıcıl üç matçda qalib gələ bilməyib.
Qeyd edək ki, “Mançester Siti” Çempionlar Liqasının cədvəlində 22-ci yerdədir.





















































