Xəbər Lenti
9-07-2026, 18:27
Uğurun təməlində peşəkarlıq və etibar dayanır – "Best Energy Group" MMC-nin təsisçisi və direktoru Sahib Süleymanov
7-07-2026, 20:01
Taleh Məmmədov: Zamin Fərzinin yeni təyinatı səhiyyəyə göstərilən etimadın ifadəsidir
16 Ara 08:07Manşet / İqtisadiyyat
Tibbi maska daha 3 il gömrük rüsmundan azad edilir

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, tibbi maska istehsalı üçün xammal və tibbi respiratorların idxalına tətbiq edilən idxal gömrük rüsumlarından azadolmanın müddəti 2027-ci ilin sonunadək uzadılır.
Həmçinin, tibbi maska idxalına tətbiq edilən idxal gömrük rüsumunun (1 ədəd üçün 3 ABŞ dollar senti) qüvvədə olma müddəti 2027-ci ilin sonunadək uzadılır.
Qeyd edək ki, bundan əvvəlki Qərar 31 dekabr 2024-cü il tarixində qüvvədən düşəcək.























































